• Bakı 24° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

"Bəzi “jurnalistlər"in hərəkətlərini görəndən sonra..." - MŞ sədrindən qalmaqallı videoya REAKSİYA

CƏMİYYƏT

27 Oktyabr 2022 | 09:23 | Müəllif: Qalib İbrahimoğlu

"Bəzi “jurnalistlər"in hərəkətlərini görəndən sonra..." - MŞ sədrindən qalmaqallı videoya REAKSİYA

“Yazıçılar Birliyinin qurultayında bəzi “jurnalistlər"in hərəkətlərini görəndən sonra bir daha əmin oldum ki, mətbuatımızın saflaşmasına ciddi ehtiyac var”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.

Onun sözlərinə görə, heç bir ədəb-ərkan gözləmədən, bütün etik qaydaları tapdalayaraq yaşlı yazıçılarla, alimlərlə kobud davranan, mikrofonu müsahibinin ağzına dürtən , əndazə gözləmədən, qarışıqlıqdan və tünlükdən faydalanıb, müsahibini hövsələdən çıxarıb zorla istədiyi cavabı qoparmağa çalışan, qalmaqal təşnəsi bu “jurnalistlər”in hərəkətinə heyrətlənməmək mümkünsüz idi. Bəzi özünü media adlandıran, “gözəgörünməz” sayt idarəçilərinin “sensasiya” yaratmaq naminə gəncləri əllərində oyuncağa - robota çevirməsini müşahidə eləmək də məyusluq doğururdu. Amma orda kübar, özünü-sözünü bilən, müsahibə almaq üçün icazə istəyən, sərt sualları da mədəni şəkildə ünvanlayan peşəkarlar da vardı. Jurnalistikamız belə peşəkarlara söykənib inkişaf edə bilər”.

“Babam mənə kor deyib, gəlib gedəni vur deyib” əxlaqını peşə prinsipi kimi qəbul edənlərlə yalnız xaosa yuvarlanmaq olar. İctimaiyyətin qınağı, peşəkar jurnalistlərin dəstəyi və “Media haqqında” qanunun tələbləriylə bu qarışıqlığa son qoyulmasının mümkün olacağına inanıram”, - deyə Rəşad Məcid bildirib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026