• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Dərəyə yıxılan şəxs belə xilas edildi - VİDEO

CƏMİYYƏT

27 Oktyabr 2022 | 09:02 | Müəllif: Qalib İbrahimoğlu

Dərəyə yıxılan şəxs belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rüstəm Rüstəmov küçəsində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş Hüseynov Salman Ərzuman oğlu restoranın həyətyanı sahəsinə çəkilmiş hasarın üstündən yıxılaraq təxminən 10 metr dərinliyi olan dərəyə düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə S.Hüseynovu dərədən çıxarıb təcili tibbi yardım briqadasına təhvil verərək xilas ediblər.


Dərəyə yıxılan şəxs belə xilas edildi - VİDEODərəyə yıxılan şəxs belə xilas edildi - VİDEODərəyə yıxılan şəxs belə xilas edildi - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026