• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Rusiyanın Özbəkistanda AES sevdası: Rəsmi Moskvanın bu addımı...

SİYASƏT

28 May 2024 | 14:02

Rusiyanın Özbəkistanda AES sevdası: Rəsmi Moskvanın bu addımı...

"Rusiya yeni müqavilələr və layihələr vasitəsilə Özbəkistanı əlində saxlamağa çalışır".

Bunu Bakıvaxtı.az-a politoloq Kənan Novruzov deyib.

Rusiyanın Özbəkistanda atom elektrik stansiyası tikməsinin mümkün təsirlərini şərh edən politoloqa görə, bu addım təzyiq imkanlarını artıracaq.

Müsahibimiz qeyd edib ki, mövcud vəziyyətdə Rusiya Özbəkistanı itirmək və özünün təsir dairəsindən çıxmasını istəmir:

"Türkdilli dövlətlər arasında inteqrasiya və əlaqələrin güclənməsi Rusiyanı narahat edir. Çünki türkdilli dövlətlərin yaxınlığı Rusiyanın Mərkəzi Asiyada, Cənubi Qafqazda və bir sıra bölgələrdə təsir imkanlarını azaldır. Rusiya uzun illər həm Mərkəzi Asiyaya, həm də Cənubi Qafqaza özünün arxa bağçası kimi baxıb. Artıq Cənubi Qafqazda reallıqlar dəyişsə də, Rusiya hələ də Mərkəzi Asiyaya qarşı eyni düşüncədədir".

Kənan Novruzov: Özbəkistan uzun müddət Rusiyanın çaldığı havaya oynayıb

K.Novruzov bildirib ki, Mərkəzi Asiya ölkələrinin əksəriyyəti keçmiş MDB ölkələridir. Ona görə də Özbəkistan uzun müddət Rusiyanın çaldığı havaya oynayıb.

"Halbuki Ukrayna ilə müharibənin getdiyi və dünya ictimaiyyətinin üstünə düşdüyü bir vaxtda Rusiyanın Özbəkistanda AES tikməyə ehtiyacı yoxdur", - deyə Kənan Novruzov vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Iyul 2024