• Bakı 24° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Korotçenko: "Şuşanın azad edilməsi əməliyyatı misilsizdir"

SİYASƏT

27 Iyun 2024 | 06:34

Korotçenko: Şuşanın azad edilməsi əməliyyatı misilsizdir

“Azərbaycan təkcə postsovet məkanında deyil, bütün dünyada ən yaxşı ordulardan birinə malikdir. Bunu 44 günlük müharibənin yekununda Ermənistanın sarsıdıcı məğlubiyyətə uğrayaraq kapitulyasiyaya imza atması təsdiqləyir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə keçirilən qəbulda deyib.

Korotçenko Azərbaycan ordusunun peşəkar hazırlığının ən yüksək səviyyədə olduğunu qeyd edib:

“Bütün ekspertlərin diqqət yetirdiyi iki amil mövcuddur - kəşfiyyat və hücum PUA-larından ilk geniş miqyaslı istifadə. Bu baxımdan Azərbaycan müasir yüksək texnologiyalı müharibənin necə aparıldığını göstərdi. İkincisi isə xüsusi təyinatlıların tətbiqi. Şuşanın azad edilməsi əməliyyatı öz cəsarəti, məharəti, unikallığı, ən əsası isə hərbi-siyasi nəticələri ilə misilsizdir. Bu gün dünyanın aparıcı ölkələrinin xüsusi təyinatlıları Azərbaycan xüsusi təyinatlıları ilə müqayisə olunur.

Azərbaycan Silahlı Qüvvələrinin zabit və yüksək rütbəli komandan heyətinin İkinci Qarabağ müharibəsi zamanı göstərdiyi o səylər, qələbənin memarı, Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin hərbi liderlik istedadını nümayiş etdirən peşəkar məharəti qələbədə həlledici amil oldu”.

Politoloq vurğulayıb ki, Rusiya ilə Azərbaycanı yaxın və sıx müttəfiqlik münasibətləri bağlayır:

“Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətini peşə bayramı münasibətilə təbrik etmək istəyirəm. Xatırladım ki, Azərbaycan 5 milyard dollardan çox dəyərində Rusiya silahları alıb və məhz bu silahlar digərləri ilə yanaşı, İkinci Qarabağ müharibəsində də qələbəni təmin edib. Bu gün liderlərimizlə ölkələrimiz arasında sabit, sıx əlaqələr mövcuddur”.


SON XƏBƏRLƏR

29 Iyun 2024