• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

İtaliyadan İsrailə: Qəzza zolağında gərginlik azaldılmalıdır

SİYASƏT

26 Iyul 2024 | 17:47

İtaliyadan İsrailə: Qəzza zolağında gərginlik azaldılmalıdır

"İtaliya münaqişənin həllinə yönəlmiş vasitəçilik səylərini dəstəkləməyə davam edəcək".

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu İsrail prezidenti İsaak Hersoq ilə görüşü zamanı İtaliyanın baş naziri Giorgia Meloni deyib.

O, İsraili Qəzzada humanitar təşəbbüsləri asanlaşdırmaq üçün daha çox iş görməyə və müharibənin bütün regionda yayılmasının qarşısını almaq üçün addımlar atmağa çağırıb. 

"Qəzzada münaqişənin dayandırılması ilə yanaşı, İsrail girovlarının azad edilməsi  zəruridir", - deyə baş nazir qeyd edib.

Qeyd edək ki, görüş zamanı İtaliya Baş nazirinin ofisinin girişində bir qrup etirazçı İsrail prezidentinə qarşı "Fələstini azad edin!" şüarları səsləndirib. 

Gülşən Şərif


 


SON XƏBƏRLƏR

07 Sentyabr 2024