• Bakı 22° C

    2.02 m/s

Saatlıda narkotik əməliyyatı - 3 nəfər saxlanıldı

HADİSƏ

27 Yanvar 2025 | 10:06

Saatlıda narkotik əməliyyatı - 3 nəfər saxlanıldı

Saatlıda narkotiklərin satışı ilə bağlı üç nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Xəbərə görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən rayon sakinləri Sahib Astanov, İslam Fətullayev və Asim Qarayev saxlanılıblar.

Həmin şəxslərdən 2 kiloqram marixuana, çətənə toxumları və 1 ədəd elektron tərəzi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Saatlıda narkotik əməliyyatı - 3 nəfər saxlanıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026