• Bakı 20° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Sabah da yağış yağacaq - PROQNOZ

CƏMİYYƏT

24 May 2022 | 12:37 | Müəllif: Qalib İbrahimoğlu

Sabah da yağış yağacaq - PROQNOZ

Mayın 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 16-19° isti, Bakıda gecə 12-14° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-75 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR