• Bakı 17° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

İmişli Regional Ədliyyə İdarəsi Beyləqanda vətəndaşların qəbulunu keçirib - FOTO

CƏMİYYƏT

23 Iyun 2022 | 11:19

İmişli Regional Ədliyyə İdarəsi Beyləqanda vətəndaşların qəbulunu keçirib - FOTO

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların, xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin aparatı ilə razılaşdırılmış qrafikə əsasən İmişli Regional Ədliyyə İdarəsinin rəisi İsgəndər Orucov  iyunun 22-də ədliyyə, o cümlədən bələdiyyə fəaliyyəti ilə bağlı Beyləqan rayonunda vətəndaşların qəbulunu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, qəbulda iştirak etmiş vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bəzi məsələlərə yerindəcə aydınlıq gətirilib və digər hallar üzrə qanunvericiliyin müvafiq tələbləri izah edilib, aiddiyyəti hissədə məsul əməkdaşlara aidiyyəti tapşırıqlar verilib.

Vətəndaşlar Ədliyyə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Qəbuldan sonra regional idarənin rəhbərliyi tərəfindən Beyləqan icra və probasiya şöbəsinin kollektivi ilə keçirilmiş iclasda əmək və icra intizamı, eləcə də vətəndaşların müraciətlərinə vaxtında, o cümlədən əsaslı cavab verilməsi və ünsiyyət zamanı etik davranış qaydaları ilə bağlı Nazirliyin rəhbərliyinin göstəriş və tapşırıqırına, habelə qanunvericilikdən irəli gələn tələblərə əməl olunması bir daha diqqətə çatdırılıb.

Məlumat üçün qeyd edək ki, yerlərdə vətəndaşların qəbulunun keçirilməsi mütəmadi olaraq davam etdiriləcək.

Ramid


SON XƏBƏRLƏR

25 Aprel 2024