• Bakı 25° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Sabahın HAVASI

CƏMİYYƏT

21 Sentyabr 2022 | 12:34 | Müəllif: Qalib İbrahimoğlu

Sabahın HAVASI

Sentyabrın 22-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-31° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 35-40% olacaq.

    Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    13 Sentyabr 2026
    12 Sentyabr 2026