Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinə yeni təyinat olub.
Bu barədə Bakıvaxtı.az şirkətə istinadən xəbər verir. Belə ki, Samir Murquzov “Aqrar Tədarük və Təchizat”ın İdarə Heyətinin üzvü seçilib. O, bu vəzifədə Rəşad Babayevi əvəzləyib.
Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin üzvləri Kənd təsərrüfatı naziri tərəfindən təyin olunur. ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyevdir.
















