• Bakı 14° C

    2.18 m/s

Sabunçuda DƏHŞƏT: Arvadını boğub öldürdü

CƏMİYYƏT

14 Sentyabr 2023 | 14:55 | Müəllif: Qalib İbrahimoğlu

Sabunçuda DƏHŞƏT: Arvadını boğub öldürdü

Sabunçu rayonunda qətl törədilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hadisə rayonun Zabrat qəsəbəsində qeydə alınıb. Belə ki, 49 yaşlı Zülfüqarova Xalidə Şirəli qızının boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 63 yaşlı Məmmədov Şahniyar Məhəmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi qısqanclıq zəminində baş verib.

Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026