• Bakı C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

Şagirdin güllələdiyi müəllimin SON VƏZİYYƏTİ

CƏMİYYƏT

09 Fevral 2026 | 10:13

Şagirdin güllələdiyi müəllimin SON VƏZİYYƏTİ

Bakıda "İdrak" liseyində şagirdin xəsarət yetirdiyi müəllimənin hazırki vəziyyəti açıqlanıb.

TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1997-ci il təvəllüdlü şəxsin (qadın) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.

"Vəziyyəti stabil qiymətləndirilir",- qurumdan əlavə olunub.

Xatırladaq ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Qeyd edək ki, hadisədən dərhal sonra Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Əməliyyat edildikdən sonra müəllim palataya köçürülüb, müalicəsi davam etdirilir.


SON XƏBƏRLƏR

08 Fevral 2026