• Bakı 15° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Şahin Mustafayev Çin səfiri ilə görüşdü

SİYASƏT

03 Aprel 2024 | 13:52 | Müəllif: Qalib İbrahimoğlu

Şahin Mustafayev Çin səfiri ilə görüşdü

Aprelin 3-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ölkəmizdə diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Çin Xalq Respublikasının səfiri xanım Qo Min ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, görüşdə Azərbaycan-Çin əlaqələrinin inkişaf dinamikasından məmnunluq ifadə edilib. Siyasi, iqtisadi-ticari, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin mövcud olduğu vurğulanıb.

Ş.Mustafayev ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfir Q.Minə təşəkkür edib, gələcək diplomatik fəaliyyətində ona uğurlar arzulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026