• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Dəm qazından boğulan hərbçilərlə bağlı MƏLUMAT - YENİLƏNİB

HADİSƏ

04 Dekabr 2023 | 11:43

Dəm qazından boğulan hərbçilərlə bağlı MƏLUMAT - YENİLƏNİB

Salyanda dəm qazından boğularaq ölən iki nəfər hərbçi ilə bağlı məlumat yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, dekabrın 3-də Salyan şəhərində kirayə qaldıqları mənzildə 2 nəfər hərbi qulluqçumuzun dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılır.

 

***

23:45

Salyanda dəm qazından boğularaq ölən iki nəfər hərbçi imiş.

Bakıvaxtı.az xəbər verir ki, onlar rayon ərazisindəki hərbi hissələrin birində xidmət edibmiş.

Dünyasını dəyişənlər eyni evdə kirayədə yaşayıb.

Qonşunun sözlərinə görə, onlar yaşadıqları evə yeni köçübmüş.

 

13:17

Salyanda iki nəfər dəm qazından boğularaq ölüb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Salyan şəhərində qeydə alınıb. Kirayədə yaşayan 25 və 28 yaşlı iki kişi evdə dəm qazından boğularaq ölüb.Bədbəxt hadisə nəticəsində ölənlər Sabirabad sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu və Neftçala sakini, 1995-ci il təvəllüdlü Ağamməmmədov Urufət Oruc oğludur.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır./apa


SON XƏBƏRLƏR

26 Iyul 2024