• Bakı 10° C

    5.05 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Masallıda zəncirvari qəza: xəsarət alanlar var

HADİSƏ

02 Yanvar 2024 | 16:39

Masallıda zəncirvari qəza: xəsarət alanlar var

Masallıda baş verən zəncirvari qəzada 4 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, zəncirvari yol-nəqliyyat hadisəsi Masallı rayonunun Boradigah qəsəbə ərazisində qeydə alınıb. Masallı rayon Türkoba kənd sakini 1976 - cı il təvəllüdlü Şahhüseyn Adil oğlu Nurullayevin idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə hərəkətdə olarkən, Masallı rayonunun Türkoba kənd sakini 1990 - cı il təvəllüdlü Ramal Məzahir oğlu Sadıqovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili və 1960 - cı il təvəllüdlü Həsən Qələm oğlu Nəzərovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili toqquşub.

    Qəza nəticəsində "Hyundai" və "Mercedes" markalı nəqliyyat vasitələrinin sürücüləri və avtomobillərdə sərnişin qismində olanlar, Masallı rayonunun Türkoba kənd sakini 1973 - cü il təvəllüdlü Bəhruz Adil oğlu Nurullayev və Masallı rayonunun Tüklə kənd sakini 1969 - cu il təvəllüdlü Nəsib Süleyman oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

    Onların müalicələri xəstəxanada davam etdirilir.

    Faktla bağlı araşdırma aparılır./APA


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR