• Bakı 14° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Jurnalistlər binası”nın qarşısında qəza - YENİLƏNİB

HADİSƏ

01 Fevral 2024 | 15:13

“Jurnalistlər binası”nın qarşısında qəza - YENİLƏNİB

Jurnalistlər binasının qarşısında yol qəzasında xəsarət alan qadının vəziyyəti açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, TƏBİB-dən  bildirilib ki, fevralın 1-də saat 06:26 radələrində Bibiheybət ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə piyada vurma ilə bağlı çağırış daxil olub. Məlumata görə, dərhal hadisə yerinə 1 təcili tibbi yardım briqadası göndərilib.

Hadisə nəticəsində bir nəfər qadın (55 yaş) kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmətlər göstərilib.

Hazırda Təcili yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta-ağırdır.

***

10:13

Bakının Səbail rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, qəza Bayıl qəsəbəsində, "Jurnalistlər binası"nın qarşısından keçən yolda qeydə alınıb.

Yük maşını yolu keçən piyadanı vurub. Əraziyə polis əməkdaşları cəlb edilib.

Bildirilib ki, fevralın 1-də saat 06:26 radələrində Bibiheybət yolu ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə piyada vurma ilə bağlı çağırış daxil olub.

TƏBİB-dən verilən məlumata görə, dərhal hadisə yerinə 1 təcili tibbi yardım briqadası göndərilib. Hadisə nəticəsində bir nəfər qadın (55 yaş) kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026