• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hacıqabulda 34 yaşlı qadın İTKİN DÜŞDÜ - FOTOLAR

CƏMİYYƏT, HADİSƏ

01 Fevral 2024 | 12:51

Hacıqabulda 34 yaşlı qadın İTKİN DÜŞDÜ - FOTOLAR

Hacıqabul sakini itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, Hacıqabul rayon sakini, 1990-cı il təvəllüdlü Soltanova Aygül Əzizağa qızı yanvarın 13-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

A.Soltanovanın əlamətləri belədir: boyu 155 sm., kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman əynində qara rəngli plaş, qara şalvar və idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Hacıqabul Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur".


Hacıqabulda 34 yaşlı qadın İTKİN DÜŞDÜ - FOTOLARHacıqabulda 34 yaşlı qadın İTKİN DÜŞDÜ - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026