• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bərdədə iki maşın toqquşub: 3 nəfər yaralanıb

HADİSƏ

02 Yanvar 2024 | 17:56

Bərdədə iki maşın toqquşub: 3 nəfər yaralanıb

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Saatlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobillə "VAZ 2106" toqquşub. Qəza nəticəsində "VAZ 2106" tamamilə yararsız hala düşüb.

Hadisə zamanı üç nəfər ağır bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR