Salyanda partlamamış mərmilər tapılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, rayonun Dayıkənd kəndi ərazisində kollektor qazıntısı aparılarkən 29 ədəd partlamamış mərmi aşkarlanıb.
Hadisədən sonra ərazidə qazıntı işləri dayandırılıb və aidiyyəti qurumlara məlumat verilib.
Əraziyə hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.
Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.
















