• Bakı 19° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Şam qozası ilə müalicə - Bu xəstələrə faydalıdır

CƏMİYYƏT

27 Sentyabr 2022 | 07:49

Şam qozası ilə müalicə - Bu xəstələrə faydalıdır

Şam meşəsində gəzmək ağciyər üçün çox faydalıdır. Şam ağacının yaz aylarında tozcuqları olur, bunlar şamın mayalanması üçündür və toz kimi havada uçarlar.

Ağacın altına salafan sərib, burunu respiratorla tutub ağacı silkələyərək tozlar yığılır. 200 qram toz 1 kq bal ilə qarışdırılır. Bütün ağciyər xəstəliklərində bu məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeyilir. Bu məcun həm də cinsi istəyi artırır.

Bakıvaxtı.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov şam ağazının təzə qozalarının faydaları barədə danışıb.

"Yaşıl qozalar yığılır, sərilir və qurudulur. Qurusundan 2 çay qaşığı 3 stəkan suda dəmlənilir və 1 çay qaşığı bal əlavə olunur. Astma xəstəliyində, xroniki bronxitdə, pnevmoniyalarda, nəfəs çatışmazlığında gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 stəkan içilir. Amma şam qozası dəmləməsini 10 gündən artıq içmək olmaz. Bunu nəzərə almaq lazımdır ki, 10 gün içildikdən sonra 2 həftə ara verib, yenə müalicəni davam etmək lazımdır".

Həkim əlavə edib ki, qurudulmuş şam qozasından 3 xörək qaşığı 3 stəkan suda 5 dəqiqə qaynadıb süzün və suyu ilə saçlarınızı yuyun. Bu, kəpəklənməni və qaşınmanı aradan qaldırır, saç dibindəki göbələkləri məhv edir.

Fitoterapevtin sözlərinə görə, şam qozasından 3 xörək qaşığı 1 litr təbii alma sirkəsinə qarışdırıb 1 ay gözləyin, sonra isə süzün. Bu sirkədən gündə 2 dəfə yeməkdən 2 saat sonra 1 xörək qaşığı 1 stəkan suya qarışdırıb mədə-bağırsaq göbələyinin qarşısını almaq üçün çox təsirli bir vasitədir. Yaşıl şam qozasını yığıb ət maşınından keçirin. Bunu lopa halında da keçəllik müalicəsi üçün başa sürtüb 1 saat gözləmək lazımdır. Bunu gündə 1 dəfə 1 ay etmək çox faydalıdır.

Şam qozalarını 10 ədəd 3 litr suda 10 dəqiqə qaynadıb süzün. Bu sudan babasil zamanı vanna qəbul edilir. Su bir qaba tökülür və gündə 1 dəfə yarım saat suda oturulur. Bundan başqa, yaşıl qozaları yığıb qurudun, sonra xırdalayın 5 xörək qaşığı 250 qram küncüt yağına qarışdırıb adi çay dəmləyən kimi 1 saat qaynatmadan dəmləyin və 1 gün sonra süzün. Bu yağdan uşaqlarda əmələ gələn diatezlər zamanı bişməcələrin üzərinə vurduqda onları aparır (medicina.az). Böyüklər də bişməcələrin və sızanaqların müalicəsində bundan istifadə edə bilər. Bu yağ həm də ləkələrin müalicəsində də istifadə oluna bilər.


SON XƏBƏRLƏR

26 Aprel 2024