• Bakı 25° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Səbinə Əliyeva  Polşaya getdi

CƏMİYYƏT

05 Sentyabr 2022 | 15:40

Səbinə Əliyeva Polşaya getdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Polşanın Varşava şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) regionuna daxil olan ölkələrin milli insan hüquqları institutlarının rəhbərlərinin iclasında iştirak edir.

Bu barədə Bakıvaxtı.az-a Ombudsman Aparatından məlumat verilib.

ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosu tərəfindən təşkil edilmiş yüksək səviyyəli iclasa Azərbaycanla yanaşı, 33 ölkənin milli insan hüquqları institutunun (MİHİ) rəhbər və nümayəndələri qatılıblar. Tədbirdə həmçinin Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı və Avropa Şurasının, eləcə də Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansı, Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsi, Avropa Bərabərlik Qurumları Şəbəkəsi və Beynəlxalq Ombudsman İnstitutunun nümayəndələri iştirak edirlər.

Tədbirdə ATƏT regionunda MİHİ-lərin müstəqilliyinin artırılmasına, onların qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına və bu təsisatların olmadığı ölkələrdə də yaradılmasının təşviqinə dəstək verilməsi məqsədilə müzakirələr aparılması nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026