• Bakı 20° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Səfirlik bu filmin yayımlanmasına qarşı çıxdı - YENİLƏNİB

CƏMİYYƏT

30 Noyabr 2022 | 16:36

Səfirlik bu filmin yayımlanmasına qarşı çıxdı - YENİLƏNİB

Təəssüf ki, film haqqında yanlış təəssürat yaranıb. Filmdə uzun illərdir, bir birindən ayrı düşmüş iki miqrasiya keçmişi olan bacının şəxsi hekayəsindən bəhs edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bu gün Almaniyanın Azərbaycandakı səfirliyi Facebook səhifəsində qeyd edib.

"Almaniyada insanların təxminən dörddə biri miqrasiya keçmişinə malikdir, öz ailələrinin mənşəyi və şəxsiyyət sualları ilə maraqlanırlar. Bu səbəbdən də filmin alman cəmiyyəti üçün xüsusi aktuallığı var. Filmin məqsədi məhz bu idi və buna görə də Azərbaycanda nümayişi planlaşdırılırdı. Landmark kinoteatrı son həftələr Aİ Film Festivalı çərçivəsində dəfələrlə filmlər nümayiş etdirib və buna görə də "Odda-İki bacı" filminin nümayişi üçün də nəzərdə tutulmuşdur. Nəzərinizə çatdırmaq istəyirik ki, Landmark kinoteatrı bu film nümayişinin təşkilatçısı deyil”, - deyə bildirilib.

Xatırladaq ki, anti-Türkiyə mövzusunda lentə alınmış film İraqda kürd silahlı dəstələrinin hərbi düşərgəsində təlim keçən Rojda adlı qızdan bəhs edir.

 

13:22

Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş “Odda - İki bacı” (“Sisters apart”) filmini nümayiş etdirməkdən imtina edib.

Bakıvaxtı.az “Report”a istinadən xəbər verir ki, anti-Türkiyə mövzusunda lentə alınmış film ölkəmizdə narazılığa səbəb olub. Bu səbəbdən də kinoteatrlar filmin nümayişindən birmənalı şəkildə imtina edib.

Lakin buna baxmayaraq Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə “Landmark”da nümayiş etdirmək niyyətindədir. Bununla bağlı səfirlik sosial şəbəkədə elan yayıb.

Halbuki Azərbaycanla qardaşlıq münasibətlərində olan ölkəyə qarşı hazırlanmış bir filmin Bakıda hansı məkanda olursa-olsun nümayişi yolverilməzdir.


SON XƏBƏRLƏR