• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qanunsuz tikintinin qarşısı alındı - VİDEO

CƏMİYYƏT

30 Dekabr 2022 | 16:04

Qanunsuz tikintinin qarşısı alındı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikintinin qarşısı alınıb və obyekt nəzarətə götürülüb.


Qanunsuz tikintinin qarşısı alındı - VİDEOQanunsuz tikintinin qarşısı alındı - VİDEOQanunsuz tikintinin qarşısı alındı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026