• Bakı 22° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

İsmayıllı sakinlərindən 3 tüfəng götürülüb

CƏMİYYƏT

29 Yanvar 2023 | 13:21

İsmayıllı sakinlərindən 3 tüfəng götürülüb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyatlar nəticəsində rayon sakinlərindən ov tüfəngləri aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, rayon sakinləri- Bədəl Əliyev, Vüqar Nuriyev və Fəxrəddin Əliyevdən müvafiq sənədləri olmayan “İJ”, eləcə də “TOZ” markalı tüfənglər aşkar edilib.

Həmin şəxslər barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.


SON XƏBƏRLƏR