• Bakı 19° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Xalq artisti  xəstəxanaya yerləşdirildi

CƏMİYYƏT

30 Dekabr 2022 | 15:33

Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti tarzən Ağasəlim Abdullayev xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, Yeni Klinikadan bildirilib ki, Xalq artisti qarın bölgəsində ağrı şikayəti ilə təcili tibbi yardım şöbəsinə müraciət edib.

“Xəstəyə anamnestik, laborator və instrumental müayinələrin nəticəsinə əsasən kəskin pankreatit diaqnozu qoyulmuş və stasionar müalicə üçün terapiya şöbəsinə yatırılıb. Xəstə şöbəyə qalxdıqdan sonra müalicəsinə dərhal başlanılıb”.

Həmçinin qeyd olunub ki, Ağasəlim Abdullayevin bu gün səhərki vəziyyəti kafi olaraq qiymətləndirilib və müalicəsi davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026