• Bakı 17° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Səfirlik əməkdaşlarının təxliyəsi üçün Tehrana təyyarə göndərilir

CƏMİYYƏT

28 Yanvar 2023 | 16:53

Səfirlik əməkdaşlarının təxliyəsi üçün Tehrana təyyarə göndərilir

Azərbaycan İrandakı səfirliyin əməkdaşlarının təxliyəsi üçün Bakıdan Tehrana təyyarə göndərir.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, həmin təyyarə ilə səfirlik əməkdaşları, onların ailə üzvləri və şəhid Orxan Əsgərovun cənazəsi Azərbaycana gətiriləcək.
O.Əsgərov Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.


SON XƏBƏRLƏR