“8 mart günü ilə bağlı müəllimlərin hədiyyə tələb etməsi və bu günlə əlaqədar pulun yığılması xoşagəlməzdir"
Bakıvaxtı.az xəbər verir ki, bu barədə media üçün keçirdiyi brifinqdə Elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir deyib ki, külli miqdarda pulun toplanması və bahalə hədiyyənin alınması pedaqoji dəyərlərə ziddir.
Onun sözlərinə görə, hədiyyə alınması ilə bağlı çağırışlar və tələblər varsa, valideynlər nazirliyin qaynar xəttinə məlumat verməlidirlər.
"Müəllimlərə hədiyyə verməməyə görə valideynlər utanmamalıdır. Valideynlər rüşvət mənasında hədiyyə verməkdən çəkinməlidirlər”, - deyə nazir vurğulayıb.
Ramid İbrahimov
















