• Bakı 25° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Əli Əsədov Boris Titov ilə görüşdü

CƏMİYYƏT

29 Mart 2023 | 14:45

Əli Əsədov Boris Titov ilə görüşdü

Martın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Prezidenti yanında Sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil Boris Titov ilə görüşüb.

Nazirlər Kabinetindən Bakıvaxtı.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərinin hərtərəfli inkişaf etməsi qeyd olunub.

Azərbaycanda əlverişli investisiya mühitinin mövcud olması müsbət qiymətləndirilib, Rusiya biznesinin ölkəmizdə geniş təmsil olmasından məmnunluq bildirilib.

Tərəflər iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin və qarşılıqlı işgüzar missiyaların davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə həmçinin, ticari-iqtisadi, investisiya və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri də müzakirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026