Qarabağ müharibəsi əlili, "Qarabağ qaziləri" ictimai birliyinin üzvü, qazi Əliyev Arif Kamal oğlu dünyasını dəyişib.
Bakıvaxtı.az bildirir ki, qazi gecə saatlarında vəfat edib.
Arif Əliyev 1967-ci ildə Ağdam rayonunda anadan olub. 1992-ci ildə Ağdam uğrunda gedən ağır döyüşlərdə yaralanıb və hər iki ayağını itirib.
Qazi "Vətən Uğrunda" medalı ilə təltif edilib.
Ailəli idi. 3 qız övladı yadigar qalıb.
Allah rəhmət eləsin!




















