• Bakı 22° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Hande Harmancı: "Pandemiya bitməyib"

CƏMİYYƏT

28 Aprel 2023 | 14:27

Hande Harmancı: "Pandemiya bitməyib"

"Koronavirusa yoluxma hallarının azalması bizi arxayınlaşdırmamalıdır və özümüzü qorumağa davam etməliyik".

Bakıvaxtı.az  xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Dr. Hande Harmancı İmmunlaşdırma Həftəsi ərzində Göygöl rayonunda təşkil edilən tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

O, koronavirusa yoluxmanın bütün dünyada olduğu kimi Azərbaycanda da azaldığını söyləyib: "Ümid edirik ki, koronavirus pandemiyası tez bir zamanda tamamilə bitəcək. Lakin virusa yoluxmanın azalması bizi arxayın etməməlidir".

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən Avropa İmmunlaşdırma Həftəsində Qobustan, Yevlax, Mingəçevir və Göygöl rayonlarında peyvəndlərlə bağlı maarifləndirmə xarakterli silsilə tədbirlər təşkil edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR