• Bakı 24° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Nazir xaricdə təhsil proqramından danışdı

CƏMİYYƏT

27 Fevral 2023 | 15:48 | Müəllif: Qalib İbrahimoğlu

Nazir xaricdə təhsil proqramından danışdı

"Biz texnika, texnoloji, təbiət elmləri və mühəndislik kimi ixtisaslara önəm veririk”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə media üçün keçirdiyi brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi tərəfindən "2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" çərçivəsində 2023-2024-cü tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə ilkin siyahısı müəyyən edilib.

“Bizim məhdud sayda təqaüd vermək imkanımız var. Seçdiyimiz ixtisaslar ölkəmizin inkişafına daha çox lazımdır. Xaricdə təhsil proqramı dünyanın 28 ölkəsinin 186 nüfuzlu ali təhsil müəssisələrində tədris olunan 575 bakalavriat və 3 551 magistratura olmaqla, ümumilikdə 4 126 təhsil proqramını əhatə edir”, - deyə E.Əmrullayev bildirib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026