• Bakı 16° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8335

    RUB - 0.0186

Şəhid anasının 30 il sonra övladı oldu - VİDEO

CƏMİYYƏT

29 Aprel 2024 | 12:57

Şəhid anasının 30 il sonra övladı oldu - VİDEO

Vətən müharibəsi şəhidi Rəşad Mikayılzadənin bacısı dünyaya gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə əməliyyatı həyata keçirən həkim öz instaqram hesabında paylaşım edib.

Bildirilib ki, şəhidin anası Nailə Mikayılovanın 30 ildən sonra yenidən övladı dünyaya gəlib.

Qeyd edək ki, şəhid Rəşad Mikayılzadə evin tək övladı olub. O, 1995-ci ilin sentyabrın 30-u Lerikin Camaşəir kəndində anadan olub. Ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətini Qazax rayonunda keçirib.

Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. O, 2020-ci il noyabrın 9-u Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə komandirini xilas edərkən snayperlə açılan atəş nəticəsində həlak olub.

Rəşad Mikayılzadə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.


SON XƏBƏRLƏR

14 May 2024