• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şəhid Səbuhinin qardaşı danışdı: "Həmişə deyirdi ki, "mənimlə fəxr edəcəksən"

CƏMİYYƏT

14 Sentyabr 2022 | 10:22

Şəhid Səbuhinin qardaşı danışdı: "Həmişə deyirdi ki, "mənimlə fəxr edəcəksən"

"Səhər qardaşıma zəng etdim, telefonu başqa şəxs açdı və qardaşımın qisasının alındığını dedi".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov bildirib.

O qeyd edib ki, qardaşı və özü körpə olanda valideynləri vəfat edib, onlar SOS kəndində böyüyüblər:

"Gizir idi. Hərbiyə gedəndə həmişə deyirdi ki, "mənimlə fəxr edəcəksən". Dediyini edərdi. Üç gün əvvəl zəng etmişdi. Düşmən tərəfdə atışma olduğunu dedi. Səhəri günü danışdıq. Dünən artıq qardaşım şəhid oldu. Mənim üçün onun itkisi nə qədər çətin olsa da, qardaşımla fəxr edirəm". /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026