• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu portala şok müraciət sayı 

CƏMİYYƏT

14 Oktyabr 2022 | 10:10

Bu portala şok müraciət sayı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalına bu ilin yanvar-sentyabr aylarında 9 milyon 104 min 984 müraciət qeydə alınıb.

Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbərə görə, 2019-cu ildən istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır.

Vətəndaş onun barəsində portalda toplanmış məlumatları mütəmadi izləyə bilməklə yaranan sosial-əmək hüquqlarının təminatına ictimai nəzarəti həyata keçirmək imkanına malikdir.

“Android” və “İOS” əməliyyat sistemlərində də fəaliyyət göstərən portalda qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı da artmaqda davam edərək 1 milyon 195 minə çatıb.


Bu portala şok müraciət sayı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026