• Bakı 15° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsi başlayır

CƏMİYYƏT

05 Noyabr 2025 | 14:13

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsi başlayır

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 əcnəbi ilə bağlı başlanan cinayət işi üzrə istintaq tamamlanıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

İş hakim Azər Tağıyev icraatına verilib. Məhkəmə yaxın günlərdə başlayacaq.

Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.


SON XƏBƏRLƏR