• Bakı 27° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

“Səhvlərdən dərs çıxarmalıyıq ki, inkişaf edə bilək"

İDMAN

18 Avqust 2026 | 14:29

“Səhvlərdən dərs çıxarmalıyıq ki, inkişaf edə bilək

“Qəbələ” Misli Premyer Liqasının I turunda “Turan Tovuz”a məğlub olub – 0:1.

Bakıvaxtı.az xəbər verir ki bölgə təmsilçisinin yeni transferi Natan Monzanqo “Futbolpress.az”a açıqlamasında nəticəni şərh etdi:

“Məğlubiyyətdən sonra danışmaq çətindir. Komanda sona qədər mübarizə apardı və hesabı bərabərləşdirmək üçün şanslarımız oldu. Artıq matçı unudub, təhlillər aparmalıyıq. Səhvlərdən dərs çıxarmalıyıq ki, inkişaf edə bilək”.

“Qəbələ” formasıyla debüt edən fransalı müdafiəçi ilk oyunu ilə bağlı bunları dedi:

“Meydana çıxdığım üçün çox xoşbəxtəm. Azərbaycan çempionatı keyfiyyəti və dinamikası ilə məni müsbət mənada təəccübləndirdi. Premyer Liqada tələblər yüksəkdir. Buna görə hər matça hazır olmaq mütləqdir”.

Monzanqo “Qəbələ”yə gəlişindən və buradakı hədəflərindən söz açdı:

“Klubdan təklif gələndə çox düşünmədim. Layihəni bəyəndim və indi burada olduğum üçün çox xoşbəxtəm. Hər oyunda komandaya faydalı olmağa çalışacağam.

Yaxşı kollektivimiz var və hədəflərimiz böyükdür. İlk növbədə rəqiblərə hörmətlə yanaşmalı və ambisiyalı olmalıyıq. Heç kimdən çəkinmirik və bütün duellərə hazır olacağıq. Məqsədimiz qələbələr qazanmaq, mübarizliyimizi davam etdirmək və bütün oyunlarda sona qədər döyüşməkdir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR