• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sərxoş vəziyyətdə avtomobil idarə edən koronavirus xəstəsi saxlanıldı

HADİSƏ

05 Oktyabr 2021 | 10:46

Sərxoş vəziyyətdə avtomobil idarə edən koronavirus xəstəsi saxlanıldı

Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmini məqsədilə keçirdikləri tədbirlər zamanı “VAZ-2106” markalı avtomobilin sürücüsü, rayon sakini Akif Seyidovun sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyini aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, planşet vasitəsilə yoxlanılan zaman onun həm də aktiv koronavirus xəstəsi olduğu və yaşadığı ünvanı tərk etdiyi məlum olub.

Həmin şəxslə izahedici söhbətlər aparılıb və A.Seyidovun qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Onun barəsində Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026