• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Sabunçuda su quyusuna düşən şəxs xilas olundu

HADİSƏ

03 Noyabr 2021 | 15:17

Sabunçuda su quyusuna düşən şəxs xilas olundu

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bakıvaxtı.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş dərinliyi təqribən 25 m olan quyuya düşüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşın quyudan çıxarılmasını təmin ediblər. Xilas olunan şəxs aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR