• Bakı 21° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Xocavənddə erməni hərbçimizə hücum etdi - ZƏRƏRSİZLƏŞDİRİLDİ

HADİSƏ

03 Dekabr 2021 | 15:06 | Müəllif: Subhan Mahmudov

Xocavənddə erməni hərbçimizə hücum etdi - ZƏRƏRSİZLƏŞDİRİLDİ

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR