• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Azərbaycanda DƏHŞƏT: Azyaşlı yanaraq öldü

HADİSƏ

02 Yanvar 2022 | 14:52 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda DƏHŞƏT: Azyaşlı yanaraq öldü

Beyləqanda yanğın olub.

Bakıvaxtı.az FHN-ə istinadla xəbər verir ki, hadisə  rayonun Şəfəq qəsəbəsində qeydə alınıb. Belə ki, ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin oğlu, 2019-cu il təvəllüdlü Həsənli Əli Ruslan oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026