Nazirlər Kabineti 1 fevral 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddinin müəyyən edilməsi haqqında” qərarına dəyişiklik edib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Dəyişikliyə əsasən, sənaye parklarının rezidentləri və qeyri-rezidentləri üçün tələb olunan illik elektrik enerjisi sərfiyyatı həddi 1 milyon kilovat/saat və daha artıq həcmdə müəyyən edilib.
Qeyd edək ki, bundan əvvəl, sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddi 5 milyon kilovat/saat və ondan yuxarı müəyyən edilib.