• Bakı C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Sərdar Kılıç gələn həftə görüşün İrəvanda keçirilməsini təklif edib

SİYASƏT

01 Mart 2024 | 14:21

Sərdar Kılıç gələn həftə görüşün İrəvanda keçirilməsini təklif edib

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Sərdar Kılıç Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubenyanı gələn həftə İrəvanda görüşə dəvət edib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, belə bir təkliflə Kılıç Antalya vilayətində III Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda keçirilən paneldə çıxış edib.

“Sən və mən bunu sonra müzakirə edəcəyik. Nə vaxt və harada görüşəcəyimizə qərar verəcəyik. Gəlin, bunu tarixi hadisəyə çevirək”, - R.Rubenyan ona cavab verib.


SON XƏBƏRLƏR