Azərbaycan ərazisində terrositlərin olduğunu və Qarabağda terorrçuların döyüşdüyünü iddia edən İranın iftiraları və ittihamları davam edir. 30 ildən sonra ilk dəfə Qarabağ istiqamətində hərbi təlimlərə başlayan İran ötən gün Azərbaycanla sərhəd yaxınlığında “Shahed-191” pilotsuz uçuş aparatlarını havaya qaldırıb.
Bu gün cəmiyyəti düşündürən əsas suallar bunlardır: Azərbaycana qarşı sanksiyalar tətbiq edən İranın bu addımını “soyuq müharibə” hesab etmək olarmı? İran Azərbaycana müharibə elan edəcəkmi?
Hərbi ekspert Ədalət Verdiyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İranın real vəziyyəti Azərbaycana qarşı hərbi əməliyyatlara başlamağa imkan vermir.
“İran bütün dünyada özünü təcrid vəziyyətinə salıb, daha doğrusu, yanında Suriya, “Həmas” və “Hizbullah” terror təşkilatlarından və Ermənistandan başqa İranın əməkdaşlıq edəcəyi bir normal dövlət qalmayıb. İranın sərhəddimiz yaxınlığında pilotsuz uçuş aparatını havaya qaldırması isə heç bir halda Azərbaycana qarşı əzələ nümayişi ola bilməz, hesab edilə bilməz. Çünki Azərbaycanın silahlanmasında mövcud olan PUA-lar müxtəlif vəzifələri paralel olaraq yerinə yetirməklə İranın pilotsuz uçuş aparatlarından dəfələrlə üstün imkanlara malikdir”,-deyə Ə.Verdiyev bildirib.
Ekspert qeyd edib ki, İranın atdığı addımlar və tətbiq etdiyi sanksiyalar yalnız və yalnız onun özünə ziyan gətirəcək: “Azərbaycan İranın maraqlarına toxunacaq heç bir fəaliyyətlərə yol vermədiyi halda İran otuz il ərzində Azərbaycan ərazilərini işğal edən Ermənistanla çox yaxından əməkdaşlıq edib və buna indi də davam etməkdədir. Bu isə molla rejiminin şeytanla əməkdaşlığına daha çox bənzəyir”.
Ramid İbrahimov
















