• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı - 29 nəfər öldü

GÜNDƏM

04 Noyabr 2021 | 15:40 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı - 29 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 706 yeni yoluxma faktı qeydə alınıb, 1 937 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 539 710 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 501 508 nəfər müalicə olunaraq sağalıb, 7 182 nəfər vəfat edib, aktiv xəstə sayı 31 020 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 350, ötən müddət ərzində isə ümumilikdə 5 243 038 test aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026