Xəbər verdiyimiz kimi, ötən ay Bakıda güclü küləyin əsməsi nəticəsində Milli Məclisin inzibati binasına zərər vurub. Bu hadisədən sonra parlamentin binasının sığorta olunub-olunmaması gündəmə gəlmişdi.
Bakıvaxtı.az xəbər verir ki, qanunverici orqanın inzibati binalarında cari təmir-bərpa işlərinin satın alınması ilə bağlı elan edilən açıq tender keçirib.
Bu isə o deməkdir ki, parlamentin binası sığortalanmadığı üçün ona məxsus inzibati binada təmir-bərpa işlərinin görülməsi üçün tender keçirib.
Milli Məclisin qəbul etdiyi “İcbari sığortalar haqqında” qanuna əsasən dövlət qurumlarının binasının sığortası icbaridir. 2013-cü ildən etibarən ölkəmizdə daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta məhsulu qüvvədədir. Dövlət büdcəsindən maliyyələşən qurumların daşınmaz əmlaklarının icbari sığortası Maliyyə Nazirliyi tərəfindən ayrılan vəsaitlə sığortalanır. Bu qayda məcburi xarakter daşıyır və sığorta olunmazsa, vəzifəli şəxslər məsuliyyət daşıyırlar.
Ramid İbrahimov
















