• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Sankt-Peterburq görüşü Ermənistan və Azərbaycana nə vəd edir? - AÇIQLAMA  

GÜNDƏM

28 Dekabr 2021 | 16:45

Sankt-Peterburq görüşü Ermənistan və Azərbaycana nə vəd edir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sankt-Peterburq şəhərinə səfər edib.

Səfərdə məqsəd Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının görüşündə iştirak etməkdir.

Səfərlə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi İlyas İsmayılov bildirib ki, bu gün MDB-nin qeyri-rəsmi sammitində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın görüşünün keçirilməsi gözlənilir.

“Ümumilikdə Sankt-Peterburqdakı görüş qeyri-formal olsa da, önəmli məsələlərin müzakirəsi həyata keçirilə bilər. Moskva, Soçi və Brüsseldən sonra Sankt-Peterburqdakı görüş göstərir ki, 2021-ci ildə Azərbaycan və Ermənistan lideri arasında görüşlərdə intensivlik müşahidə olunur. Görüşlər məhz MDB-yə aid olan məsələlərlə bağlı olsa da müşahidə edirik ki, MDB meydançalarında keçirilən görüşlərdə də Ermənistan və Azərbaycan liderləri arasında gərginlik müşahidə olunur. Ermənistanda faşizmin qəhrəmanlaşdırılması, onlara heykəl ucaldılması, küçə və prospektlərə onların adının verilməsinə dair Prezident İlham Əliyevin çıxışı da buna nümunədir. Lakin Nikol Paşinyanın separatçılarla bağlı gərginliyi və son açıqlamasına Şuşanın işğaldan öncə əhalisinin 90%-dan çoxunun azərbaycanlılardan ibarət olması haqqında çıxışı bunu deməyə əsas verir ki, Paşinyan Sankt-Peterburq görüşündə çox ehtiyatlı davranacaq”, - deyə İ.İsmayılov bildirib.

O qeyd edib ki, Paşinyan Brüssel görüşündə özü və ölkəsi üçün müsbət dividentlərə ümid edirdi: “Lakin gözlədiyi həyata keçmədi. Eyni zamanda əgər Paşinyan Soçi görüşünü sabotaj etməyə çalışırdısa, Sankt-Peterburq görüşünə diplomatik nizam qaydalarında yanaşır. Brüssel görüşündə Kremlin nəzarətində olan məsələlər müzakirə olunduğu üçün Rusiya Prezidenti Vladmir Putin yola saldığımız ilin sonunda Ermənistan və Azərbaycan lideri ilə birlikdə bir sıra məsələləri müzakirə edə bilər. Bu məsələlər də konseptual xarakterdə olacaq: İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması və sərhədlərin delimitasiyası. Siyasi gündəlikdə bir sıra humanitar əsaslı problemlər də vardır. Təhlükəsizlik mühitinin gücləndirilməsi üçün səylərin davam etdirilməsi də görüşün predmetinə daxil ola bilər. Rəsmi Moskva üçün il ərzində keçirilmiş görüşləri ümumiləşdirmək üçün yaxşı fürsət yaranıb. Azərbaycanın diplomatik üstünlüyü ilə keçən bütün görüşlərin Sankt-Peterburqda da davam etdirilməsi gözlənilir”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026