Azərbaycanda broyler yumurtalarının qiyməti bahalaşıb.
Belə ki, ağ yumurta 12 qəpikdən 20 qəpiyə, sarı yumurta 19 qəpikdən 25 qəpiyə yüksəlib.
Pərakəndə satışda broyler toyuğunun da qiymətinin bahalaşdığı müşahidə olunur.
Bakıvaxtı.az-ın apardığı araşdırma nəticəsində brloyer toyuğun və yumurtanın qiymətini qaldıran şirkətlərin dövlət büdcəsinə vergi borcu olduğu məlum olub.
Dövlət Vergi Xidmətinin vergi borcu barədə məlumata əsasən Azərbaycanın ən böyük quş əti istehsalçıları, yumurta istehsalçıları və idxalçıları olan “İmişli-Quşçuluq” MMC-nin 251284.85 manat, “Cəlilabad Broyler” ASC-nin 208488.58 manat, “Qəbələ Quşçuluq" ASC-nin 118406.14 manat, “Qaraqaşlı-Broyler” ASC-nin 117470.00 manat, “Mərdəkan-Broyler” ASC-nin 50772.41 manat, “Şəmkir Quşçuluq” MMC-nin 40785.63 manat, “Pənah Quşçuluq” MMC-nin 36496.37 manat, “Gəncə-Quşçuluq” Açıq Tipli Səhmdar Cəmiyyəti 28510.83 manat, Bakı-Quşçuluq” ASC-nin 21684.66 manat, “Cənub Broyler” MMC-nin 20088.41 manat, “Zirə Broyler” MMC-nin 13327.51 manat, “Ucar-Broyler” MMC-nin 12052.42 manat, “Biləsuvar Quşçuluq” ASC-nin 11339.58 manat dövlətə vergi borcu var.
Həmçinin “Qarabağ Broyler” MMC-nin 8846.16 manat, “Göyçay Broyler Təsərrüfatı” MMC-nin 5708.60 manat, “Mərdəkan Broyler Xan” MMC-nin 5696.68 manat, “Sarıtəpə Quşçuluq” MMC-nin 4599.77 manat, “Saatlı-Broyler” Açıq Tipli Səhmdar Cəmiyyəti 4525.13, “Bakı-Broyler-1” Açıq Tipli Səhmdar Cəmiyyəti 3880.76 manat, “Səfalı Broyler” MMC-nin 3573.30 manat, “Samux Quşçuluq Fabrikası İstehsal və Emal Müəssisəsi” MMC-nin 2651.27 manat, “Beyləqan-Broyler” ASC-nin 2820.75 manat, “Kürdəmir Broyler” ASC-nin 1775.74 manat, “Mərcan-Holdınq” MMC-nin 1730.08 manat, “İnkubator-Quşçuluq Stansiyası” Firması 1261.58 manat, “Zaqatala-Broyler” MMC-nin 1165.78 manat dövlətə borcu var.
Ramid İbrahimov
















