• Bakı 16° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Rusiya Ukraynanı işğal etdikdən sonra…” – AÇIQLAMA 

GÜNDƏM

24 Fevral 2022 | 11:18

“Rusiya Ukraynanı işğal etdikdən sonra…” – AÇIQLAMA

“Rusiya öz sərhədlərində NATO qoşunlarını görmək istəmədiyinə dair zəmanəti çoxdan tələb edirdi. NATO isə bu zəmanəti verməməklə Ukraynanı Rusiya ilə qarşı-qarşıya gətirməkdən çəkinmədi. Hazırda Ukraynaya verilən dəstək - məhdud sayda verilən silahlar Ukrayna ilə Rusiya arasında güc balansını dəyişməyə təsir etməyəcək qədərdir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

O qeyd edib ki, Ukraynaya NATO-nun real dəstəyi olmasa çox böyük təhdidlə qarşılaşacaq: “Ukraynanın Rumıniya ilə səhəd ərazilərinə atəş açılır. Demək olar ki, Luqansk istiqamətində Rusiya bir neçə kəndi də ələ keçirib.  Ukraynanın sərhədləri boyunca bütün hərbi infrastruktura raket zərbələri endirilib.

NATO bu işə qarışmasa, Ukrayna tam işğal oluna bilər, qarışsa Üçüncü Dünya müharibəsi başlaya bilər.

Ukraynanı işğal edən Rusiya yarıyolda dayanamayacaq. Bu əməliyyat bitdikdən sonra Rusiya əsgərlərini NATO-nun sərhədlərində görə biləcəyik”.

Ramid İbrahimov   


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026