• Bakı 19° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Azərbaycanlı deputat İrəvanda "Qələbə Parkı"nda oldu

GÜNDƏM

23 Fevral 2022 | 19:04 | Müəllif: Subhan Mahmudov

Azərbaycanlı deputat İrəvanda "Qələbə Parkı"nda oldu

Milli Məclisin İrəvanda səfərdə olan parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Böyük Vətən müharibəsinə həsr olunmuş “Qələbə Parkı”nda olub.

Bakıvaxtı.az xəbər verir ki, deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Tank köhnə olsa da çox etibarlı texnikadır. (İrəvanda 1941-1945 parkı)”, - deyə komitə sədri bildirib.

Qeyd edək ki, fevralın 22-də İrəvanda AVRONEST PA-nın komitə iclasları keçirilib. Tədbirdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026
30 Oktyabr 2026