• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycanda dərman çatışmazlığı yaşanır? - AÇIQLAMA

GÜNDƏM

26 Yanvar 2022 | 13:06

Azərbaycanda dərman çatışmazlığı yaşanır? - AÇIQLAMA

Sosial şəbəkələrdə şəkərli diabet xəstələri üçün dövlət tərəfindən təminatı nəzərdə tutulan dərmanların verilmədiyi bildirilir.

Bu xəstəlikdən əziyyət çəkənlər apteklərdə də həmin dərmanların tapılmadığından şikayət edirlər.

Məsələ ilə bağlı Bakıvaxtı.az-ın göndərdiyi infomasiya sorğusuna Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cavab verib.

“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcminin, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısının və miqdarının, habelə bu preparat və vasitələrlə təminat qaydasının müəyyən edilməsi “Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.

Nəzərə çatdıraq ki, Dövlət Proqramının icrası cari ilin fevral ayının sonunadək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirildiyindən müvafiq quruma müraciət etməyinizi tövsiyə edirik”, -deyə cavabda qeyd olunub.         

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə də informasiya sorğusu göndərilib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026